Çavuşoğlu Moskvaya gedir: “ABŞ-ın qərarı sürpriz oldu”
Azvision.az xəbər verir ki, bu barədə “NTV” telekanalı Çavuşoğlunun çıxışına istinadən məlumat yayıb.
Qeyd edək ki, ABŞ Suriyanın şimal-şərqində kürdlərə dəstək üçün göndərdiyi hərbçilər daxil olmaqla, bu ölkə ərazisindəki bütün qoşunlarını çıxaracağını bəyan etdikdən sonra Türkiyənin hərbi rəhbərliyi Menbiçdə və Fəratdan şərqə doğru yeni əməliyyatlara hazırlıq getdiyini bildirib. Lakin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ABŞ qoşunlarının çıxarılması ilə əlaqədar əməliyyatların başlanmasına bir qədər fasilə verəcəyinə dair amerikalı həmkarına söz verib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Suriya Türkiyə ABŞ Rusiya







Vaxtında, Aydın, Lazımlı!


