Vəzifəyə gəldikdən 10 gün sonra qəzada öldü

Vəzifəyə gəldikdən 10 gün sonra qəzada öldü
  25 Dekabr 2018    Oxunub:4921
Meksikanın ən böyük şəhərlərindən olan Pueblanın xanım rəhbəri Martha Erika Alonso bu vəzifəyə təyin olunduqdan 10 gün sonra faciəli şəkildə həyatını itirib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, xanım məmur helikopter qəzasına düşüb. Hadisə nəticəsində onunla birlikdə olan həyat yoldaşı, senator Rafael Moreno Valle də həlak olub.

Məlumata görə, Pueblada havaya qalxan helikopter bir qədər sonra qəzaya uğrayıb. Qəzanın səbəbi hələlik məlum deyil, araşdırma aparılır.

Qeyd edək ki, Martha Erika Alonso Pueblanın ilk qadın rəhbəri idi. O, cəmi 10 gün vəzifədə qala bildi.

Azvision.az



Teqlər: Meksika   Qəza  





Xəbər lenti