Tramp maliyyə nazirini istefaya göndərir
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ administrasiyasındakı etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Lakin ABŞ Maliyyə Nazirliyi yayılan xəbərləri şərh etmək üçün müraciət edən “Bloomberg”ə Ağ Evdən açıqlama almağı tövsiyə edib. Tramp administrasiyası isə hələ ki sorğuya rəsmi cavab verməyib.
Qeyd edək ki, hazırda ABŞ-ın dövlət borcunun artması fonunda Amerika bazarında başlıca indekslərin sabit enişi müşahidə olunur. Məsələn, “Dow Jones” sənaye indeksində 2011-ci ildən etibarən rekord azalma qeydə alınıb. İndekslərin bu cür enişi əsasən, dünya iqtisadiyyatının inkişaf perspektivlərilə bağlı narahatlıq, Federal Ehtiyatlar Sisteminin uçot faizlərini artırması, eləcə də, Çinlə olan ticarət mübahisələri ilə əlaqədardır.
Leyla Elbrusqızı
Azvision.az