“ABŞ-ın sanksiyaları İrana neqativ təsir edir” - Ruhanidən etiraf

  “ABŞ-ın sanksiyaları İrana neqativ təsir edir” -  Ruhanidən etiraf
  25 Dekabr 2018    Oxunub:5183
"Baxmayaraq ki, Vaşinqtonun sanksiyaları İranda əhalinin yaşayış səviyyəsinə neqativ təsir edir, ABŞ öz məqsədlərinə nail olmayacaq"

Azvision.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
“Sanksiyalar insanların yaşayış səviyyəsinə təsir edir, amma şübhə yoxdur ki, ABŞ məğlubiyyətə düçar olacaq. İran hökuməti isə parlamentin, xalqın və ali dini liderin dəstəyi ilə çətinliklərin öhdəsindən gələcək. ABŞ təbliğatının və sanksiyalar vasitəsilə təzyiqinin başlıca vəzifəsi İran İslam Respublikasını diz çökdürməkdir”, - deyə Ruhani bildirib.

İran prezidenti onu da vurğulayıb ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar bütün beynəlxalq müqavilələri pozur və birbaşa olaraq İran xalqının, region əhalisinin və beynəlxalq şirkətlərə qarşı yönəlib: “ABŞ istəyir ki, İran xalqı ölkənin gələcəyinə və bizim siyasi sistemimizə inamını itirsin və dövlətin qeyri-effektivliyinə, İran hökumətinin ölkədəki vəziyyəti idarə edə bilməməsinə əmin olsun”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti