Almaniyada 7 min uşaq itkin düşüb

 Almaniyada 7 min uşaq itkin düşüb
  25 Dekabr 2018    Oxunub:4822
2018-ci ildə Almaniyada itkin düşən insanların sayı artaraq 11 min nəfərə çatıb. Onlardan 7 mini 18 yaşına çatmamış yeniyetmə və uşaqlardır. Azvision.az xəbər verir ki, bu barədə Almaniya Federal Cinayət İdarəsi 2018-ci ilin yekunlarına dair hesabatında bəyan edib.
Mart ayına olan statistikaya görə, Almaniyada itkin düşən 7 min uşaqdan 902-si yaşı 13-dən aşağı olanlardır. Onların təqribən yarısı sığınacaq üçün Almaniyaya gələn miqrantların uşaqlarıdır.

Hesabata əsasən, hər gün Almaniya hüquq-mühafizə orqanlarına itkin düşənlərlə bağlı orta hesabla 250-300 müraciət daxil olur. Aparılan axtarış əməliyyatları nəticəsində onlardan 80 faizinin bir ay, qalanlarının isə bir həftə ərzində tapıldığı bildirilib.

Bir ildən çox müddətə, yaxud daha uzun illər ərzində axtarılanların tapılma nisbətinin isə 3 faiz olduğu vurğulanıb.

Qeyd edək ki, 2017-ci ilin iyulunda Almaniyada itkin düşən uşaqların sayı 6 min olub.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Almaniya  





Xəbər lenti