Xankəndini etiraz dalğası bürüyür

 Xankəndini etiraz dalğası bürüyür
  25 Dekabr 2018    Oxunub:5349
Sosial şəbəkələrin Ermənistan seqmentində yer alan xəbərlərdə işğal altında olan Xankəndi şəhərini etiraz dalğasının bürüdüyü deyilir.

Bildirilir ki, artıq bir neçə gündür şəhərin mərkəzi küçələrində mitinqlər, etiraz aksiyaları və yürüşlər keçirilir.
Rəsmi İrəvan müxtəlif bəhanələrlə xüsusi təyinatlı dəstələri Xankəndiyə göndərsə də, bu, Ermənistan ictimaiyyətindən gizlədilir.

"Görünür, Nikol Paşinyan İrəvanda nail olduğu məqsədinə burada da çatmaq və “Qarabağ klanı”nı hakimiyyətdən birdəfəlik uzaqlaşdırmaq fikrindədir", - deyə erməni istifadəçilər qeyd ediblər.

Azvision.az



Teqlər: Xankəndi   Etiraz  





Xəbər lenti