Ermənistan ordusunun üç hərbçisi yaralanıb

   Ermənistan ordusunun üç hərbçisi yaralanıb
  26 Dekabr 2018    Oxunub:5800
Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində eyni gündə baş verən hadisələr nəticəsində 3 hərbi qulluqçu yaralanıb.

Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, beşinci dağ atıcı alayının hərbi qulluqçusu Arqişt Hakopyan təhlükəsizlik qaydalarının pozulması, başqa bir hərbi hissənin iki hərbi qulluqçusu isə yol-nəqliyyat qəzası nəticəsində yaralanıb.
Baş vermiş hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ümumilikdə dekabrın 15 günü ərzində Ermənistan ordusunda müxtəlif səbəblərdən 10 hərbi qulluqçu yaralanıb.

Azvision.az



Teqlər:



Xəbər lenti