Qarlı yolda 3 avtobus aşdı: 3 ölü, 72 yaralı (FOTOLAR)
Kirşəhirdə sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər həlak olub, 35 nəfər yaralanıb. Şərəflihisar bölgəsində də sərnişin avtobusu aşıb. Nəticədə 20 nəfər yaralanıb. Bundan əlavə, eyni gündə İspartada sərnişin avtobusu qəzaya uğrayıb. Qəza 17 nəfərin xəsarət almasına səbəb olub.
Qəzalara səbəb kimi qarlı hava və yolun sürüşkən olması göstərilir. Qarın yağması xilasetmə işlərində çətinlik yaradıb.
Kənan Məmmədov
Azvision.az