Yaponiya beynəlxalq müqavilədən çıxır

 Yaponiya beynəlxalq müqavilədən çıxır
  26 Dekabr 2018    Oxunub:4496
Yaponiya hökuməti balina ticarəti sənayesini bərpa etmək üçün 2019-cu ildə konkret balina növlərinin ovunu qadağan edən və ümumiyyətlə, balina ovuna müəyyən məhdudiyyətlər qoyan Beynəlxalq Balina Komissiyasından çıxacaq.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi hökumətin bəyanatına isitnadən məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, komissiyadan çıxdıqdan sonra Yaponiyia yalnız öz ərazi sularında və eksklüziv iqtisadi zonada balina ovu ilə məşğul olacaq.

Xatırladaq ki, 23 iyul bütün dünya üzrə balina və delfinlər günü kimi qeyd edilir. 1982-ci ilin həmin günündə Beynəlxalq Balina Komissiyası kommersiya məqsədli balina ovunu yasaqlayıb. 1986-cı ilin 19 fevralında komissiyanın bu qərarı qüvvəyə mindikdən sonra isə balina ətinin satışı və onların ovu əhəmiyyətli dərəcədə məhdudlaşıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Yaponiya   Balina  





Xəbər lenti