Çində zavod partlayıb - Ölən və yaralılar var

Çində zavod partlayıb -  Ölən və yaralılar var
  26 Dekabr 2018    Oxunub:4435
Çinin şimal-qərbindəki Xinyanq muxtar regionundakı “Xinzhi Energy Chemicals Co” kimya zavodunda baş verən partlayış nəticəsində 3 insan ölüb, 6 nəfər isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Tianshan news” məlumat yayıb. Bildirilib ki, partlayış zavodda fırlanan əhəng sobasının sınağı keçirilərkən baş verib.

Qeyd edək ki, Çin dünyanın ən çox kimyəvi maddələr istehsal edən ölkəsidir. Lakin buradakı sənaye müəssislərində təhlükəsizlik standartlarına ciddi riayət edilmir. Bu səbəbdən son illər Çinin kimyəvi sənayesində çoxsaylı iri partlayışlar baş verib. 2015-ci ildə Tianjin liman şəhərində yerləşən kimyəvi müəssisədəki partlayışda 165 nəfər ölmüşdü.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Çin   Xinyanq  





Xəbər lenti