İrandakı qəzada ölənlərin sayı 10-a çatdı

 İrandakı qəzada ölənlərin sayı 10-a çatdı
  26 Dekabr 2018    Oxunub:4020
İranın paytaxtı Tehranda tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə "IRNA" fövqəladə xidmət rəsmilərinə istindən məlumat yayıb. Qəza nəticəsində 26 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Tehrandakı Azad İslam Universitetinin elmi-tədqiqat korpusuna tələbələri aparan avtobus beton divara çırpılaraq aşıb. KİV-in məlumatına əsasən, qəzaya səbəb sürücünün sinəsində anidən kəskin ağrının yaranması olub. Lakin rəsmi səviyyədə bu versiya hələ ki təsdiqlənməyib. Hazırda qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: İran  





Xəbər lenti