Gəncədə çörək zavodu açılıb

Gəncədə çörək zavodu açılıb
  07 Mart 2013    Oxunub:6274
İcra başçısı Elmar Vəliyevin iştirakı ilə Gəncədə çörək zavodunın açılışı olub
İcra başçısı Elmar Vəliyevin iştirakı ilə Gəncədə çörək zavodunın açılışı olub. AzVision.az-ın məlumatına görə, “NEON” firmasına məxsus və sutka ərzində 25 ton məhsul istehsal edə biləcək çörək zavodu açılıb. Tam avtomatlaşdırılmış formada, əl dəymədən, gigiyenik qaydalara əməl olunmaqla bişirilən çörəyin istehsalında 65 nəfər çalışacaq. Çörəyin bişirilməsi üçün istifadə olunan un elə firmanın öz dəyirmanında istehsal olunur. Burada quraşdırılmış avadanlıqlar Türkiyə Respublikasının «Kumkapı» şirkətinə məxsusdur.

Yeni çörək zavodunun açılışında iştirak edən İcra Başçısı Elmar Vəliyev burada istehsal olan məhsulun ilkin olaraq hərbi hissəyə göndərildiyini və gələcəkdə pəhriz çörəyi də daxil olmaqla daha 5 çeşiddə çörək məmulatı hazırlanacağını bildirib. İcra Başçısı onu da qeyd edib ki, çörəyin yüksək standartlara uyğun gigiyenik qaydada hazırlanması və satışını təşkil etmək məqsədilə şəhərdə daha 4 çörək sexində əsaslı surətdə quruculuq və abadlıq işləri görülür. Eyni zamanda tələbatı nəzərə alaraq ikinci bir çörək zavodunun layihələşdirilməsi də aparılır. Məqsəd alıcıları razı salacaq, keyfiyyətli çörək məmulatlarının istehsalına nail olmaqdır.

Qalereya




Teqlər:  





Xəbər lenti