“Kommunal xərclərin artması fövqəladə hadisə deyil”
“Bununla bağlı fövqəl hal yaranmır. Misal gətirmək istəyirəm ki, Azərbaycanda son dəfə 2007-ci ildə elekrtik enerjisinin tarifi artırılıb. Yəni artıq bundan 7 il keçib. Bundan sonra tariflər artırılmayıb. Digər kommunal sahələr üzrə də tariflər artmayıb. 2007-ci ildən artımdan sonra ölkədə əməkhaqları 2,6 dəfə artıb. Pensiyaların baza məbləği 2,5 dəfə artıb. 2007-ci ildən başlaaqraq 7 dəfə minumum əməkhaqqının artırılması üçün qərar verilib. Bu sadəcə statistikadır. Ona görə də mən burada nəsə deyəndə o demək deyil ki, tariflər artırılacaq. Mən yeganə bir söz demişəm ki tariflərin artırılmasına fövqəl hal kimi baxmaq olmaz”.
Nazir həmçinin bildirib ki, kommunal xərclərin artırılması maddi imkanları o qədər böyük olmayan əhaliyə təsir edə bilər: “Əvvəllər hər bir tarifin artırılmasında dövlət tərəfindən maddi imkanları az olan əhaliyə yardımlar göstərilirdi. Yəni varlı adamlar hansılar ki, kommumal tarifdən onlar da istifadə edirlər, bunların imkanı var ki, daha çox tarif ödəsinlər. Yəni onlar imkansız adamların aşağı tariflərindən də bəhrələnirlər. Və ünvanlı yardımların artırmaqla biz bu vəziyyəti aradan qaldırmışıq”
Sevinc Iltifatqızı
Teqlər: