Koçaryan həbsdən azad olunmasını tələb edir

 Koçaryan həbsdən azad olunmasını tələb edir
  26 Dekabr 2018    Oxunub:5464
Ermənistanın həbsdə olan ikinci prezidenti, ölkənin konstitusiya quruluşunu devirməkdə təqsirləndirilən Robert Koçaryan yenidən həbs edilməsi ilə bağlı Kassasiya Məhkəməsinə şikayət verərək sərbəst buraxılmasını tələb edib.
Azvision.az xəbər verir ki, bu barədə Koçaryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bəyan edib.

“Ötən axşam biz Robert Koçaryanın yenidən həbsi ilə bağlı qərardan kassasiya şikayəti verdik. Şikayət ərizəmiz Kassasiya Məhkəməsində qeydə alınıb” – Arakelyan bildirib.

Qeyd edək ki, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan
Koçaryan iyulda saxlanılsa da, apellyasiya şikayətindən sonra azad edilib. 15 noyabrda isə Ermənistanın Kassassiya Məhkəməsi Koçaryanın işi üzrə apellyasiya qərarının ləğvi və sabiq prezidentin təkrar həbsi ilə bağlı prokurorluğun şikayətini qismən təmin edərək işi yenidən apellyasiya məhkəməsinə göndərib. 27 noyabrdan etibarən baş prokuror Artur Davtyan da daxil olmaqla, 6 prokurorun iştirakı ilə işə baxılıb. Davtyan bildiirb ki, Koçaryan 2008-ci ildə İrəvanda baş verən dövlət terrorunun ideya müəllifidir və təcili şəkildə azadlıqdan məhrum olunmalıdır. Nəhayət, Apellyasiya Məhkəməsi 7 dekabrda çıxardığı son qərarla prokurorluğun şikayətini təmin edib və Koçaryan yenidən həbs olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti