Nazirlik məktəblərin yeni reytinqini açıqladı
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, tədqiqat Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini (ümumi təhsil məktəblərinin nəzdindəki qiyabi qruplar nəzərə alınmayıb), Təhsil Nazirliyinə tabe məktəbləri və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəbləri əhatə edib. 336 məktəb haqqında toplanılan məlumat əsasında tədqiqatın hesabatı hazırlanıb.
Aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq, Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin reytinq siyahısını hazırlayıb. Hazırlanmış reytinq siyahısında Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2012-2013-cü və 2011-2012-ci dərs ili üzrə nəticələrinin müqayisəli təhlili də öz əksini tapıb.
Təhsil Nazirliyinin Hesabatı (https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/upload/file/tqdk-terefinden-kecirilmish-imtahanlarda-baki-mekteblerinin-9-sinif-mezunlarinin-neticelerine-dair-tn-nin-hesabati.pdf) və buraxılış imtahanının nəticələrinə görə reytinq göstəriciləri (https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/upload/file/baki-mekteblerinin-imtahanlarinin-neticelerine-gore-reytinq-gostericileri-2012-2013.pdf) nazirliyin saytında yerləşdirilib.