“Avanqard” sınaqdan keçirildi - Putinin ABŞ-a güc nümayişi

“Avanqard” sınaqdan keçirildi -  Putinin ABŞ-a güc nümayişi
  26 Dekabr 2018    Oxunub:5677
Rusiya ali baş komandanı Vladimir Putinin təlimatına uyğun olaraq Müdafiə Nazirliyi nüvə başlığı daşıya bilən “Avanqard” qitələrarası hipersonik ballistik raket sisteminin sınağını keçirib.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, raketin sınağı uğurla yekunlaşıb.
Rusiyanın uzaq şərqindəki Dombarovsk rayonundan buraxılan “Avanqard” hipersonik ballistik raketləri Kamçatkanın Kura poliqonundakı şərti hədəfi məhv edib. Sınağı şəxsən izləyən Putin hərbçiləri uğurla nəticə münasibətilə təbrik edib.



Qeyd edək ki, “Avanqard” qitələrarası hipersonik ballistik raket kompleksi gələn ildən Rusiyanın Dombarovskdakı strateji təyinatlı raket qoşunlarının ixtiyarına veriləcək. Atmosferin ən sıx qatlarında uçuşlar həyata keçirə bilən “Avanqard” hipersonik raketləri Maxa səs tezliyindən 20 dəfə daha sürətlidir.

Putin bəyan edib ki, hətta ABŞ-ın hava hücumundan, müdafiə sistemlərindən yayınma qabiliyyətinə malik olan raketlər dünyanın istənilən nöqtəsini vurmağa qadirdir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Rusiya   Avanqard   ABŞ  





Xəbər lenti