Qətər Afrika ölkəsinə zirehli texnikalar göndərdi

 Qətər Afrika ölkəsinə zirehli texnikalar göndərdi
  26 Dekabr 2018    Oxunub:5125
Səudiyyə Ərəbistanı başda olmaqla Fars körfəzindəki “müttəfiq”ləri tərəfindən terrorrizmin təbliğində ittiham olunan və bu səbəbdən 2017-ci ilin iyun ayından diplomatik və iqtisadi baykotla üzləşən Qətər beynəlxalq təhlükəsizliyə töhfə verdiyini nümayiş etdirmək üçün Qərbi Afrika respublikası olan Maliyə 24 ədəd zirehli texnika göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Hərbi təyyarələr vasitəsilə Maliyə çatdırılan bu zirehli texnikalar terrorla mübarizədə istifadə olunacaq və nəinki Mali Respublikasında, bütövlükdə Afrikanın Sahel regionundakı “G5” adlanan ölkələrində (Mavritaniya, Mali, Burkina Faso, Niger, Çad) təhlükəsizliyin bərqərar olmasına kömək edəcək”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Afrikanın Sahel regionundakı “G5” ölkələri bölgədəki ekstremist təcavüzlərin kökünü kəsmək üçün ortaq çevik hərbi birləşmələr yaradıblar.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Mali   Qətər   Afrika  





Xəbər lenti