Kiyevdən Moskvaya xəbərdarlıq: "Azovdan əl çəkməyəcəyik"

 Kiyevdən Moskvaya xəbərdarlıq:    "Azovdan əl çəkməyəcəyik"
  26 Dekabr 2018    Oxunub:5479
Ukrayna heç vaxt Azov dənizindəki limanlarının, eləcə də hərbi gəmilərinin istifadəsindən imtina etməyəcək.

Azvision.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bəyan edib.
“Azov dənizindəki vəziyyətin nizamlanması üçün biz bütün siyasi-diplomatik vasitələrdən istifadə etmək niyyətindəyik”, – deyə Poroşenko vurğulayıb.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı münasibətlər 25 noyabrda Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya sərhəd qüvvələri və Qara dəniz donanması tərəfindən Ukraynaya məxsus 3 artilleriya gəmisinin ələ keçirilməsi və bütövlükdə gəmilərdəki heyətin 24 üzvünü saxlamasından sonra daha da gərginləşib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Azov   Rusiya  





Xəbər lenti