Ankaradan İrəvana əks-cavab: Öncə Qarabağ!

Ankaradan İrəvana əks-cavab:    Öncə Qarabağ!
  26 Dekabr 2018    Oxunub:6185
"Ermənistanın yeni hakimiyyəti bəyan edir ki, heç bir ilkin şərt olmadan Ankara ilə danışıqlar aparmağa və Türkiyə ilə sərhədlərin açılmasına hazırdırlar. Amma bizim ilkin şərtimiz hər kəsə aydındır"
Azvision.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında ona ünvanlanan “2019-cu ildə Ermənistanla münasibətlər düzələcəkmi?” sualına cavabında deyib.

“Onlar həqiqətənmi düşünürlər ki, biz Azərbaycanın həssaslığını nəzərə almadan hansısa addım atacağıq? Ermənistanla münasibətlərimizin nizamlanması və mövcud problemlərin həli üçün eyni anda paralel olaraq həm Azərbaycanla, həm də Türkiyə ilə addımların atılması vacibdir. İlk öncə Dağlıq Qarabağ və işğal olunmuş ərazilər məsələsini həll etmək lazımdır. Əgər Ermənistan əbədi olaraq təcrid vəziyyətində yaşamaq istəmirsə, onda bu problemləri həll etməlidir”, – Çavuşoğlu vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   Qarabağ   Türkiyə  





Xəbər lenti