“8 Mart” bıçaqlaşması

“8 Mart” bıçaqlaşması
  07 Mart 2013    Oxunub:2247
Paytaxtda qız qızı bıçaqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən təsdiqləyiblər.

Məlumata görə, bu gün səhər saat 07:00 radələrində Nizami rayonunun Naxçıvanski küçəsi 18 ünvanında 1987-ci il təvəllüdlü Samirə Məmmədova bıçaqlanıb.

26 yaşlı qız ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib.

Bölmədən verilən ilkin məlumata görə, qızı rəfiqəsi bıçaqlayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti