Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzi artıq yeni mövsümə hazırdır. Bura həm yerli, həm də xarici turistlərin sevimli məkanına çevrilib. Havalar soyuduqca “Şahdağ”a üz tutanların sayı xeyli artır. Ölkəmizə gələn xarici turistlər mövsümə uyğun olaraq, “Şahdağ”da istirahət etməyə üstünlük verirlər.
Azvision.az -ın “Şahdağ” Turizm Mərkəzindən hazırladığı fotoreportajı təqdim edirik: