Məhkəmə Xədicə İsmayılın şikayətini rədd etdi

Məhkəmə Xədicə İsmayılın şikayətini rədd etdi
  06 Noyabr 2013    Oxunub:1163
MHİ-nin vəkilləri Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriləcək.
Noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın ”İki sahil” qəzetinə qarşı şərəf, ləyaqət və nüfuzun müdafiəsinə dair iddiası ilə bağlı Yasamal Məhkəməsinin qərarından verilən şikayətə baxıb. Məhkəmə jurnalistin şikayətini rədd edib.

AzVision.az xəbər verir ki, jurnalistin hüquqlarını Media Hüququ İnstitutunun (MHİ) vəkilləri müdafiə edir.

Yasamal Məhkəməsi 2013-cü ilin martında jurnalistin şikayətini rədd edib. Məhkəmə qərarını belə izah etmişdi: “”İki Sahil” qəzetinin 15 mart 2012-ci il tarixli buraxılışında “Xədicənin suçu nə?” başlıqlı məqaləsi dərc olunana qədər Xədicə Ismayılova barəsində 13 mart 2012-ci ildə “Yeni Azərbaycan” qəzetində məqalə dərc olunmuşdur. “Xədicənin suçu nə” məqaləsində “Yeni Azərbaycan” qəzetində dərc edilmiş məlumatlardan təkrar istifadə edilmişdir”.

Rayon məhkəməsinin qərarını qanunsuz sayan X. İsmayılova apellyasiya şikayəti verərək rayon məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdi. Bu gün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim İkram Şirinovun sədrliyi ilə keçirilən iclasda X. İsmayılovanın şikayəti rədd olunub, rayon məhkəməsinin qərarı qüvvədə saxlanıb. Məhkəmə qərardan öncəki iclasında tərəflərə təkzib verib, üzr istəməklə barışıq təklif etmişdi.

MHİ-nin vəkilləri Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriləcək.


Teqlər:  





Xəbər lenti