Ankara “S-400”lərdən imtina edəcək? – Ərdoğan fövqəladə iclas çağırır

   Ankara “S-400”lərdən imtina edəcək? –    Ərdoğan fövqəladə iclas çağırır
  27 Dekabr 2018    Oxunub:5186
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Patriot” hava hücumundan müdafiə sistemlərinin satışı ilə bağlı ABŞ-ın təklifini müzakirə etmək üçün Ali Müdafiə Şurasının fövqəladə iclasını keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” yüksək vəzifəli türk məmuruna istinadən bildirib. Qeyd olunur ki, Ərdoğan “Patriot”ların alışı üzrə ilkin müzakirələr aparacaq və məsələ ilə bağlı belə tez bir zamanda iclas keçirilməsinin özü Ankara-Vaşinqton münasibətlərində sürətli normallaşmanı əks etdirir.

Ekspertlərin fikrincə, Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarı ilə Türkiyənin Fəratdan şərqə doğru yeni əməliyyatlarına xeyir-dua verməsi və ardınca “Patriot” hava hücumundan müdafiə sistemlərinin satışına razılığı həm də Türkiyəni Rusiyadan bir qədər uzaqlaşdırmağa hesablanıb. Bu cür “güzəştlər” əvəzində Vaşinqton Ankaranın Rusiyanın “S-400” zenit-raket komplekslərindəm imtinasını gözləyir.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Suriya   Türkiyə   ABŞ   Rusiya  





Xəbər lenti