Liviyada hərbçilərə hücum edilib: 7 ölü, 43 yaralı

Liviyada hərbçilərə hücum edilib:  7 ölü, 43 yaralı
  27 Dekabr 2018    Oxunub:5333
Afrikanın şimalındakı Çad Respublikasının radikal silahlı döyüşçülərinin şimaldakı qonşu Liviyanın silahlı qüvvələrinin 10-cu briqadasının qərargahına hücumu nəticəsində 7 hərbçi ölüb, 43 nəfər yaralanıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, çadlı silahlıların hücum etdiyi hərbi briqada Liviyanın Traqan rayonunda yerləşir. Silahlıların hücumu qəfil olduğundan qarşı tərəf itkilər verib.

Bundan əvvəl Liviya milli ordusunun nümayəndəsi Əhməd əl-Mismari bildirmişdi ki, ölkənin cənubundan gələn təhdidlər sırasına İŞİD və “Əl-Qaidə” terror təşkilatları, cinayətkar sindikatlar, həmçinin, 2011-ci ildən sonra Çad və Sudandan Liviya ərazisinə keçən silahlı müxalifət və radikallar daxildir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Liviya   Çad  





Xəbər lenti