İki erməni hərbçi özünə qəsd edib, biri isə güllələnib

   İki erməni hərbçi özünə qəsd edib,    biri isə güllələnib
  27 Dekabr 2018    Oxunub:7887
Dekabrda Ermənistan ordusunun hərbi hissələrində özbaşınalıq və qanunsuzluq səbəbindən bir çox cinayət xarakterli hadisələr baş verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, düşmən ordusunun iki hərbi qulluqçusu özünə qəsd edib, biri isə xidmət yoldaşı tərəfindən güllələnib.

Üzləşdiyi haqsızlığa dözməyən altıncı dağ atıcı alayının zabiti leytenant Manruq Mirzoyan hərbi hissədə odlu silahdan atəş açaraq özünü yaralayıb. Zenit-raket alayının müqaviləli hərbi qulluqçusu Vardan Şaxnazaryan isə ov tüfəngi ilə özünə qəsd edib. İlk olaraq hadisənin ailə-məişət zəminində baş verdiyi bildirilib. Araşdırma zamanı V.Şaxnazaryanın yüksək rütbəli zabit tərəfindən təhqir edilməsinə görə bu addımı atdığı məlum olub.

Daha bir məlumata əsasən, döyüş mövqeyində növbədə olarkən iki erməni hərbçi arasında baş verən mübahisə qanlı cinayətə səbəb olub. Üçüncü əlahiddə motoatıcı alayının hərbi qulluqçusu Artyom Movsesyan xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində çiynindən güllə yarası alıb. Hər üç faktla bağlı araşdırılma aparılır.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti