Poroşenko Azərbaycandakı səfiri işdən çıxardı

 Poroşenko Azərbaycandakı səfiri işdən çıxardı
  28 Dekabr 2018    Oxunub:5897
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko müvafiq fərman imzalayıb.

Qeyd edək ki, Aleksandr Mişşenko 2011-ci ilin aprelin 6-dan indiyədək Ukraynanın Azərbaycandakı səfiri vəzifəsini icra edib. Mişşenko bundan əvvəl Ukrayna XİN-in dördüncü ərazi departamentinin direktoru işləyib. Departamentin fəaliyyət dairəsinə Mərkəzi və Şərqi Avropa ölkələri, Balkan və Cənubi Qafqaz regionlarının ölkələri, eləcə də Türkiyə daxildir.

Mişşenko, həmçinin 2003-2005-ci illərdə Ukraynanın Avstraliyada, 2005-2008-ci illərdə Türkiyədə səfiri olub.

Azvision.az



Teqlər: Poroşenko   Ukrayna  





Xəbər lenti