Vyanada kilsəyə hücum edilib - Yaralılar var

Vyanada kilsəyə hücum edilib -  Yaralılar var
  28 Dekabr 2018    Oxunub:5634
Bu gün axşam saatlarında Avstriyanın paytaxtı Vyanada kilsəyə hücum edilib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər silahla kilsəyə basqın edərək din xadimlərini qarət ediblər.

Hücumun iki nəfər tərəfindən təşkil olunduğu, nəticədə 15-ə yaxın şəxsin xəsarət aldığı bildirilib.

Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub. Ərazidə atışma səslərinin eşidildiyi deyilir. Cinayətkarların axtarışı davam edir.

Azvision.az



Teqlər: Vyana   Kilsə  





Xəbər lenti