Zəvvarlara bir şad, bir bəd xəbər

Zəvvarlara bir şad, bir bəd xəbər
  07 Mart 2013    Oxunub:1428
Suriyada baş verən hadisələr ilə əlaqədar olaraq bu il zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər.
Bu il azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin qiymətləri açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, ziyarət xərclərinin qiyməti iki variantda təklif olunur. Təkliflər otellərin xərclərindən asılı olacaq. Belə ki, şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalanlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4100 manatdan ibarətdir.
Həcc ziyarətinə səfərlər ancaq təyyarə ilə baş tutacaq, Suriyada baş verən hadisələr ilə əlaqədar olaraq bu il zəvvarlar üçün avtobuslarla səfər edə bilməyəcəklər. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər isə 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Qeyd edək ki, Azərbaycanda Həcc Ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər QMİ-də qəbul olunur.


Teqlər:  





Xəbər lenti