“İsrailə özünü qoruması üçün milyardlarla pul veririk” - Tramp

“İsrailə özünü qoruması üçün milyardlarla pul veririk” -  Tramp
  28 Dekabr 2018    Oxunub:5450
"ABŞ Təl-Əvivə hər il 4,5 milyard dollar verir və bunun müqabilində İsrail özünü çox yaxşı qoruyur"

Azvision.az “Haaretz” qəzetinə istinadən xəbər verir ki, bu barədə Tramp İraqa qəfil səfərindən geri dönərkən keçirdiyi mətbuat konfransında “ABŞ-ın Suriyadan geri çəkilməsi İsrailin təhlükəsizliyinə necə təsir eədəck?” sualını cavablandırarkən deyib.
İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşünü xatırladan Tramp bildirib ki, bundan sonra da İsrailin maraqlarını qoruyacaq.

“Netanyahuya dedim ki, “bilirsiniz, İsrailə 4,5 milyard dollar veririk və siz özünüzü çox yaxşı qoruyursunuz”. ABŞ səfirliyini Qüdsə köçürən mənəm. Bunu etmək istəyində olan da mən idim. Bu işlər belədir, İsrailə çox yaxşı baxacağıq. İsrail yaxşı olacaq. İsrailə 4,5 milyard dollar veririk. Amma əgər sənədlərə baxsanız, bundan daha çox pul verdiyimizi də görəcəksiniz” – Tramp vurğulayıb.

Qeyd edək ki, Netanyahu Trampın ABŞ qoşunlarını Suriyadan tamamilə çıxarmaq qərarına münasibət bildirərəkən olduqca ehtiyatlı davranmış və “İsrail ABŞ qərarı üzərində işləyəcək və hər şəraitdə öz təhlükəsizliyini təmin etməyə davam edəcək” deyərək, Trampı tənqid etməkdən qaçmışdı.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   ABŞ   İsrail   İraq  





Xəbər lenti