YPG geri çəkildi - Menbiçə nəzarət Əsədə qayıdır

  YPG geri çəkildi  -  Menbiçə nəzarət Əsədə qayıdır
  28 Dekabr 2018    Oxunub:6186
Suriyanın şimalındakı YPG silahlı kürd birləşməsi Türkiyənin Menbiçdə və Fəratdan şərqə doğru başlayacağı yeni hərbi əməliyyatlardan qorunmaq üçün Bəşər Əsədə çağırış edərək hökumət qüvvələrini Menbiçə göndərməsini və bölgəyə nəzarəti yenidən ələ keçirməsini istəyib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə YPG-nin yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, Suriyanın şərqindəki İŞİD terrorçuları ilə savaşmaq üçün kürd silahlıları Menbiçdən çəkiliblər.

“Odur ki, biz, aid olduğumuz Suriya hökumətinə çağırış edərək həmin boş qalan mövqeləri təhvil almaq və Menbiçi Türkiyə təhdidindən qorumaq üçün öz silahlı qüvvələrini göndərməyə dəvət edirik” – YPG bəyan edib.

YPG-nin ardından isə Suriya ordusu da bəyanat yayıb. Bildirilib ki, Bəşər Əsədin hökumət qüvvələri artıq Menbiçə girərək, bölgəyə Suriya bayrağını sancıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   YPG   Türkiyə  





Xəbər lenti