İrandan Naxçıvana atəş açıldı
Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib.
İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib. Həmçinin traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti sübut edir ki, atəş İran İslam Respublikası ərazisindən açılıb.
Hadisə ilə bağlı qarşı tərəf məlumatlandırılıb və izahat tələb edilib. Hazırda təhqiqat-ekspertiza işləri davam etdirilir.
Qeyd edək ki, xəbəri Naxçıvanın Bakıdakı nümayəndəliyi yayıb.
Teqlər: