Pakistan FETÖ-nü terror təşkilatı kimi tanıdı

   Pakistan FETÖ-nü terror təşkilatı kimi tanıdı
  28 Dekabr 2018    Oxunub:4951
Pakistanın Ali Məhkəməsi ABŞ-ın Pensilvaniya ştatında sığınan Fətullah Gülənin lideri olduğu FETÖ qruplaşmasının terror təşkilatı kimi tanınması barədə hökm çıxarıb.
Azvision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, məhkəmənin qərarı və bununla əlaqədar Pakistanın terrorizmlə mübarizə doktrinasına müvafiq dəyişikliklərin edilməsinə dair sərəncamı Xarici İşlər Nazirliyinə göndərilib.

Məhkəmənin qərarına uyğun olaraq, bundan sonra Pakistandakı Gülən hərəkatına aid olan bütün məktəblər Türkiyə hüdudlarından kənarda təhsil proqramları həyata keçirən dövlət fondu “Maarif Fondu”na təhvil veriləcək.

Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulunda Türkiyədəki dövlət çevrilişinə cəhddə ittiham edilir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Pakistan   Türkiyə   ABŞ   FETÖ  





Xəbər lenti