Azərbaycan FETÖ-nü terror təşkilatı kimi tanıyacaq - Ərdoğan

 Azərbaycan FETÖ-nü terror təşkilatı kimi tanıyacaq -    Ərdoğan
  28 Dekabr 2018    Oxunub:10489
Pakistanın Ali Məhkəməsinin ABŞ-ın Pensilvaniya ştatında sığınan Fətullah Gülənin lideri olduğu FETÖ qruplaşmasının terror təşkilatı kimi tanımasına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın günlərdə Azərbaycanın da oxşar qərar verəcəyini deyib.
Azvision.az “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“FETÖ-nün bir terror təşkilatı olduğunu Pakistan da bildirdi. Bundan sonrakı prosesdə Pakistanda bağlanan FETÖ məktəbləri vəqfimizə təhvil veriləcək. İndi bu proses başlayır. Eyni zamanda, Azərbaycanda da bəzi müsbət irəliləyişlər var. Onların da bu məsələ ilə bağlı müjdələrini bu axşam, ya da sabah sizlərə verə bilərik” – Ərdoğan vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Türkiyə   FETÖ   Azərbaycan  





Xəbər lenti