Koçaryanı azadlığa buraxmadılar

  Koçaryanı azadlığa buraxmadılar
  29 Dekabr 2018    Oxunub:5480
Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın girov müqabilində azad edilməsinə dair məhkəmə istintaqını təxirə salıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə açıqlamasında Koçaryanın vəkili Aram Orbalyan bildirib.

Onun sözlərinə görə, iclas yanvarın 9-a təyin olunub: “İstintaq qurumlarımız çox məşğul olduqlarından iş vaxtı başa çatandan sonra çalışmağın mümkün olmadığı qənaətinə gəliblər. Onların tələbi ilə məhkəmə Koçaryanın girov müqabilində azad edilməsi tələbinə dair dinləməni yanvarın 9-dək təxirə salıb”.

Qeyd edək ki, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Koçaryan iyulda saxlanılsa da, apellyasiya şikayətindən sonra azad edilib.

15 noyabrda isə Ermənistanın Kassassiya Məhkəməsi Koçaryanın işi üzrə apellyasiya qərarının ləğvi və sabiq prezidentin təkrar həbsi ilə bağlı prokurorluğun şikayətini qismən təmin edərək işi yenidən apellyasiya məhkəməsinə göndərib. 27 noyabrdan etibarən baş prokuror Artur Davtyan daxil olmaqla, 6 prokurorun iştirakı ilə işə baxılıb. Davtyan bildiirb ki, Koçaryan 2008-ci ildə İrəvanda baş verən dövlət terrorunun ideya müəllifidir və təcili şəkildə azadlıqdan məhrum olunmalıdır. Nəhayət, Apellyasiya Məhkəməsi 7 dekabrda çıxardığı son qərarla prokurorluğun şikayətini təmin edib və Koçaryan yenidən həbs olunub.

Azvision.az


Teqlər: Koçaryan  





Xəbər lenti