Çin polad və aluminium idxalını məhdudlaşdırır

Çin polad və aluminium idxalını məhdudlaşdırır
  29 Dekabr 2018    Oxunub:4801
2019-cu ilin iyulundan etibarən Çin alüminium və təkrar emal üçün istifadə olunan polad qalıqlarının idxalını məhdudlaşdıracaq.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çinin Ekologiya və Ətraf Mühit Nazirliyinin yayadığı bəyanatda deyilir. Qeyd olunur ki, polad qalıqları və alüminium xam maddə kimi istifadə olunan bərk tullantı məhsullarının məhdudiyyətsiz idxalı siyahısından çıxarılaraq məhdudiyyət qoyulan metallar siyahısına salınacaq.

Həmçinin bildirilir ki, nazirliyin müvafiq şöbələri mis və alüminiumun təkrar emalı standartlarının formalaşdırılması üzrə tədqiqatı davam etdirirlər. Belə ki, milli standartlara cavab verən mis və alüminium xam maddələri bərk tullantı hesab edilməyəcək və normal məhsul kimi idxalına icazə veriləcək.

Qeyd edək ki, yanvar ayından noyabradək Çinin bərk tullantılar idxalı ötən ilin eyni dövrü ilə müqayisədə yarıdan çox azalıb. Bunun səbəbi isə, 2017-ci ildən başlayan və iqtisadiyyatın təmizlənməsi və daxili emal müəssisələrinin stimullaşdırılması üçün irəli sürülən “təbiətin çirklənməsinə qarşı mübarizə” proqramının icrasıdır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Çin   Polad  





Xəbər lenti