Ağ Ev təkzib etdi: "Əfqanıstandan çıxmırıq"

 Ağ Ev təkzib etdi:    "Əfqanıstandan çıxmırıq"
  29 Dekabr 2018    Oxunub:4504
ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı Amerika qoşunlarının sayının ciddi şəkildə azaldılmasına dair qərar qəbul etməyib və bu barədə Pentaqona müvafiq göstəriş verməyib.
Azvision.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurası mətbuat xidmətinin rəhbəri Qarrett Marki bəyan edib.

“Prezident ABŞ-ın Əfqanıstandakı hərbi iştirakının azaldılmasına dair qərar qəbul etməyib və Əfqanıstandakı Amerika hərbçilərinin şəxsi heyətinin çıxarılması prosesinə başlanması barədə ABŞ Müdafiə Nazirliyinə təlimat verməyib” – Marki vurğulayıb.

Qeyd edək ki, ötən həftə “The Wall Street Journal” qəzeti ABŞ prezidenti Donald Trampın Əfqanıstanda xidmət keçən 14 minlik amerikalı hərbçinin yarıdan çoxunun evə qayıtması barədə qərar qəbul etdiyini yazmışdı.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti