Pentaqondan Türkiyəyə zərbə - Kürdlərə verilən silahlar geri alınmayacaq

  Pentaqondan Türkiyəyə zərbə    - Kürdlərə verilən silahlar geri alınmayacaq
  29 Dekabr 2018    Oxunub:4236
Prezident Donald Trampın təlimatına uyğun olaraq ABŞ qoşunlarının planlı şəkildə Suriyadan çıxarılması ilə məşğul olan amerikalı komandirlər Vaşinqtonun İŞİD-ə qarşı vuruşan kürd birləşmələrinə verdiyi silahların geri alınmamasını məsləhət görüblər.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” hərbi mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Suriyadan qoşunların çıxarılması prosesi üzrə plan layihəsinin müzakirəsində ABŞ-ın yüksək rütbəli hərbçiləri bü cür qənaətə gəliblər. Lakin Pentaqonun son nəticədə Ağ Evə konkret olaraq hansı təklifi verəcəyi bilinmir.

Mənbələrin sözlərinə görə, məsələ ilə bağlı Pentaqonda müzakirələr hələ başlanğıc mərhələdədir və yekun qərar qəbul olunmayıb. Yaxın günlərdə plan Ağ Evə təqdim ediləcək və ABŞ prezidenti Donald Tramp müvafiq yekun qərar verəcək.

Əgər ABŞ kürdlərə verdiyi silahları geri almasa, bu qərarın Türkiyənin qəzəbinə səbəb olacağı bildirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   ABŞ  





Xəbər lenti