Deputat AŞPA-nın iclasında iştirak edəcək

Deputat AŞPA-nın iclasında iştirak edəcək
  07 Noyabr 2013    Oxunub:929
Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva noyabrın 10-dan 14-dək İsveçrədə səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Sevinc Fətəliyeva AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasında iştirak edəcək.

Tədbirdə enerji təhlükəsizliyinin davamlı inkişafda rolu, qlobal iqlim dəyişikliyinə dair Kioto protokolunun müzakirəsi, uşaqlara qarşı cinsi zorakılıq, uşaq əməyinin istismarı, onlara qarşı sosial ədalətsizliklə mübarizə metodları, quruma üzv dövlətlərin Dünya Səhiyyə Təşkilatı ilə əlaqələrinin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Sevinc Fətəliyeva müzakirə edilən məsələlərə münasibətini bildirəcək.


Teqlər:





Xəbər lenti