Rəsul Quliyev İsa Qəmbərə görə peşman oldu

Rəsul Quliyev İsa Qəmbərə görə peşman oldu
  07 Noyabr 2013    Oxunub:1079
Milli Şuradan çıxarılan Rəsul Quliyev 2003-cü il prezident seçkilərində Müsavat başqanı İsa Qəmbərə dəstək verməsinə peşman olub.
AzVision.az-ın məlumatına görə, R.Quliyev günahını boynuna alaraq bu hərəkətinin səhv olduğunu etiraf edib:

“2003-cü ildə İsa Qəmbərə dəstək verməyim səhv addım oldu. Məsələ ondadırki mən başqa qərar qəbul etmişdim,. Etibar Məmmədovuda dəstəkləmək bəyanatı ilə çıxış etmək istəyirdim. Verilən düzgün olmayan informasiyalar səhv qərar qəbul etməyə gətirib çıxartdı və bu barədə artıq bir neçə dəfə günahımı boynuma almışam. Ancaq o seçkini əldən verən bir dəfədə xalqdan üzr istəməyib”.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti