Lukaşenko: “Putindən bezmişəm”

   Lukaşenko:   “Putindən bezmişəm”
  29 Dekabr 2018    Oxunub:5306
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Moskvada rusiyalı həmkarı ilə görüşü zamanı ikitərəfli münasibətlərin gündəliyində həllini gözləyən problemli məsələlərin çoxluğuna görə Putinlə tez-tez görüşdüyünə diqqət çəkib
Azvision.az “Belta”ya istinadən xəbər verir ki, həmin məsələlərin həlli üzrə işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayan Lukaşenko bu kontekstdə Putinlə yarı ciddi zarafat edib.

“Mən zarafatla dedim ki, artıq Putinlə bir-birimizdən bezmişik. Yəqin ki, biz heç vaxt bir-birimizdən bezə bilmərik, çünki müzakirə olunası məsələlər var. Bu, bizim işimizdir. Doğrudan da, ötən dəfəki görüşümüzdə razılaşdıq ki, bu mürəkkəb qeyri-sabit dünyada bundan sonrakı birgə yaşayışımız barədə ciddi olaraq söhbət aparacağıq. Bundan qaçmaq və gizlənmək mümkün deyil, çünki bir çox problemləri perspektivə nəzərən həll etmək lazımdır” – Lukaşenko vurğulayıb.

Qeyd edək ki, bundan 3 gün əvvəl də Lukaşenko Putinlə görüşərək ikitərəfli münasibətlərdəki “cansıxıcı” məsələləri – enerji qiymətlərini və Rusiyanın vergi qanunvericiliyində ediləcək dəyişiklikləri müzakirə etmişdilər.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Belarus   Rusiya  





Xəbər lenti