FETÖ-çü müəllim Azərbaycanda saxlanıldı

  FETÖ-çü müəllim Azərbaycanda saxlanıldı
  30 Dekabr 2018    Oxunub:6473
Fətullahçı terror təşkilatına (FETÖ) üzv olan türkiyəli müəllim Mehmet Gelen Azərbaycanda saxlanılıb.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb.
Fətullah Gülənə məxsus məktəblərdə müəllimlik edən M.Gelenin saxta pasportla Belarusa keçmək cəhdi baş tutmayıb. O, Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib.

Azvision.az



Teqlər: FETÖ   Müəllim   Məktəb  





Xəbər lenti