Ermənistan dövlət borclarını qaytara bilməyəcək

   Ermənistan dövlət borclarını qaytara bilməyəcək
  30 Dekabr 2018    Oxunub:4807
Ermənistanın dövlət borcu 2017-ci il dekabrın 31-də 3279,6 milyard təşkil edib. 2018-ci il noyabrın 30-da isə bu rəqəm 3281,9 milyard dram olub. Yəni dövlət borcu 11 ay ərzində 3,2 milyard dram artıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ən çox dövlət borcu olan qurum Mərkəzi Bankdır.

Nazirliyin məlumatına görə, 2020 və 2025-ci illər dövlət borcunun ödənilməsi üçün ən ağır il olacaq. 2020-ci ildə Ermənistan vətəndaşları təxminən 800 milyon dollar borc qaytarmalıdırlar. 2025-ci ildə isə bu rəqəm 750 mln. dollar təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, 2019-ci ildə borcun ödənilməsinə 300 milyon dollar ayrılacaq.

Ermənistan Maliyyə Nazirliyinin dövlət borcunun idarə edilməsi üzrə idarəsinin rəhbəri Arşaluys Marqaryan isə bildirib ki, 2019-cu ilin sonunda Ermənistanın dövlət borcu 7,5 milyard dollar təşkil edəcək.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Ermənistan   Borc  





Xəbər lenti