Adanada İŞİD əməliyyatı - 30 nəfər tutuldu

Adanada İŞİD əməliyyatı -   30 nəfər tutuldu
  30 Dekabr 2018    Oxunub:5581
Türkiyənin Adana şəhərində Yeni il gecəsi terror aktı planlaşdırmaqda şübhəli bilinən İŞİD terror təşkilatının üzvlərinə qarşı geniş əməliyyat keçirilib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana prokurorluğunun apardığı istintaq çərçivəsində 18 nəfəri saxlamaq üçün Rayon Polis İdarəsi və Terrorla Mübarizə İdarəsinin 250 əməkdaşı 16 ayrı ünvana eyni zamanda baxış keçirib.

Nəticədə əməliyyat zamanı 30 nəfər şübhəli şəxs saxlanılıb. Həbs olunanlar xarici ölkə vətəndaşlarıdır. Tibbi müayinədən keçirilən bu şəxslər haqqında konkret faktlar üzrə cinayət işi açılıb. Qeyd olunub ki, saxlanılanlar Suriyada İŞİD-in tərkibində döyüşüb, daha sonra Adanaya qayıdıb.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Türkiyə   İŞİD  





Xəbər lenti