Meğridə ağır qəza: 15 yaralı hərbi hospitala yerləşdirildi

  Meğridə ağır qəza:  15 yaralı hərbi hospitala yerləşdirildi
  30 Dekabr 2018    Oxunub:5390
Bu gün İrəvan-Meğri yolunda ağır qəza baş verib.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, "Opel" markalı avtomobillə "Mercedes" Sprinter markalı mikroavtobus toqquşub. Qəza nəticəsində bir nəfər həlak olub, 15 nəfər yaralanıb.
Məlumata əsasən, yaralılar Sisyandakı hərbi hospitala və xəstəxanalara yerləşdiriliblər. Hazırda qəzada ölən və yaralanan 15 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti