Zakir Həsənov nazirliyin idarəsini ləğv etdi

Zakir Həsənov nazirliyin idarəsini ləğv etdi
  07 Noyabr 2013    Oxunub:1072
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi (Mİİ) ləğv edilib.
Müdafiə nazirinin əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilmiş general-mayor Heydər Priyev dünən məktəbin kollektivinə təqdim edilib.

AzVision.az-a bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. O, bildirib ki, təqdimatı ordudan tərxis olunmaq üçün rəsmi müraciət ünvanlamış general-leytenant Çingiz Məmmədov həyata keçirib.

“O müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və bildirib ki, general-mayor Heydər Priyev məktəb rəisinin vəzifələrini müvəqqəti olaraq icra edəcək. Onu da bildirim ki, bu vəzifəyə təyinat Azərbaycan prezidentinin səlahiyyətlərində olduğuna görə, yaxın zamanlarda bu haqda sərəncamın imzalanması gözlənilir”.

Ü.Cəfərov Zakir Həsənovun nazirlikdə yeni dəyişikliklər həyata keçirdiyini söyləyib:

“Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi (Mİİ) ləğv edilib və bu idarənin funksiyalarını yeni yaradılmış qurum həyata keçirəcək. Bundan sonra nazirin tikinti işləri üzrə müavini kimi polkovnik-leytenant Zakir Hiftəliyev bütün bu işlərə rəhbərlik edəcək”.

Xatırladq ki, Zakir Niftəliyev bundan əvvəl MN-nin Mİİ-nin layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti