Merkel Ərdoğanla Suriyanı müzakirə edib

  30 Dekabr 2018    Oxunub : 3635
Merkel Ərdoğanla Suriyanı müzakirə edib
Almaniya kansleri Angela Merkellə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martina Fits bildirib. Onun sözlərinə görə, liderlər əsas Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bundan əlavə, Merkel Türkiyənin Suriya qaçqınlarının qəbulu məsələsində rolunu xüsusi qeyd edib. O, həmçinin İŞİD terror təşkilatının hələ də təhlükəli olduğunu diqqətə çatdırıb.

Azvision.az

Teqlər: Merkel   Ərdoğan