Əfqanıstanda prezident seçkiləri təxirə salınıb

Əfqanıstanda prezident seçkiləri təxirə salınıb
  31 Dekabr 2018    Oxunub:4477
Əfqanıstanda 2019-cu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan prezident seçkiləri təxirə salınıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müstəqil Seçki Komissiyasının sədri Abdul Badi Sayad bildirib.

Onun sözlərinə görə, növbəti prezident seçkilərinin vaxtı iyulun 20-ə dəyişdirilib. Abdul Badi Sayad seçkinin vaxtının hansı səbəbdən dəyişdirildiyini açıqlamayıb.

Azvision.az



Teqlər: Əfqanıstan   Seçki  





Xəbər lenti