Düşmən ordusunda növbəti oğurluq faktı

 Düşmən ordusunda növbəti oğurluq faktı
  31 Dekabr 2018    Oxunub:6441
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində külli miqdarda mənimsəmə faktı aşkarlanıb.
Erməni KİV-lərinin yaydığı məlumata əsasən, mayor Armen Qriqoryan cinayət-istintaq qrupu tərəfindən üçüncü dağ atıcı alayında saxta sənədlər tərtib edilməklə yanacaq oğurlanması faktının üzə çıxdığını bildirib.

Qeyd edilib ki, oğurluğun həcminin böyük olması ilə əlaqədar polkovnik Ağacanyanın göstərişinə əsasən, faktın araşdırılması məqsədilə Avanesyan soyadlı müstəntiqin rəhbərliyi ilə xüsusi istintaq qrupu yaradılıb. Faktla bağlı araşdırma davam edir.

Azvision.az



Teqlər: Ağdərə  





Xəbər lenti