ABŞ rəsmən YUNESKO-dan çıxdı

   ABŞ rəsmən YUNESKO-dan çıxdı
  31 Dekabr 2018    Oxunub:7577
ABŞ-ın 2017-ci ilin oktyabrında YUNESKO-dan çıxmaq barədə qərarı qüvvəyə minib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ bu gündən etibarən YUNESKO-da tam üzvlüyünü dayandırır və müşahidəçi dövlət statusuna keçir.
Bu, o deməkdir ki, Vaşinqtonun faktiki olaraq üzvlük haqqı ödəməyəcək və 1972-ci il tarixli Mədəni və Təbii İrsin Qorunması Konvensiyasının müddəalarını yerinə yetirmək üçün məsul olan YUNESKO-nun Dünya İrs Komitəsinə seçilə bilməyəcək.

Bu, ABŞ-ın YUNESKO-dan ilk çıxışı deyil. 1984-cü ildə prezident Ronald Reyqanın dövründə də belə addım atılmışdı.

Azvision.az


Teqlər: ABŞ   YUNESKO  





Xəbər lenti