Rusiya FTX amerikalı casusu ələ keçirdi

Rusiya FTX amerikalı casusu ələ keçirdi
  31 Dekabr 2018    Oxunub:4270
Rusiya Federal Təhlükəsizlik Xidməti ABŞ vətəndaşı Pol Uilanı paytaxt Moskvada Rusiya əleyhinə casusluq fəaliyyəti ilə məşğul olarkən cinayət başında həbs edib.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, Cinayət Məcəlləsinin “casusluq” maddəsi üzrə amerikalı vətəndaşa qarşı cinayət işi açılıb, müvafiq istintaq aparılır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti